Digər

Bakıda maşın işıq dirəyinə çırpılıb, 3 nəfər yaralanıb - FOTO

Metbuat.az

Bakının Yasamal rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.



APA

-nın məlumatına görə, hadisə Mikayıl Müşviq küçəsində qeydə alınıb.

Muxtar Mehdiyev

"Nissan Maxima" markalı avtomobillə Badamdar şossesindən Mikayıl Müşviq küçəsinə doğru hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.


 


Qəza zamanı sürücü Muxtar Mehdiyev, eləcə də sərnişinlər

İmtiyaz Babayev

Xalid Umudov

ağır bədən xəsarətləri alıblar. Arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıblar. Qəza nəticəsində xəsarət alan sürücü və sərnişinlər xəstəxanaya aparılıb.


 


Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 



Milli.Az