Digər
Gülər
Milli.Az
Bakıda mahnı sifarişi qan saldı
Bakıda yerləşən kafedə müştərilər mahnı üstündə bıçaq davasına çıxıblar. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Yaşıl ada” kafesinə gələn müştərilər arasında dava düşüb. Sabunçu rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, kafedə Ağdam sakini
Vüqar Quliyevsifariş verdiyi yeməyə mahnı ilə rəng qatıb. Özü üçün musiqi sifariş verərək dinləyirmiş.
Bu zaman da başqa bir müştəri olan
Ramil Mayılovmüsiqiçilərə yaxınlaşaraq başqa mahnı sifariş verib. Sifarişinin yarıda kəsilməsinə əsəbləşən V.Quliyev bıçaqla Ramilə ağır xəsarət yetirib.
Sabunçu RPİ-nin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Quliyev tutulub.
Hər iki şəxs fəhləliklə məşğul olur.
Gülər
Milli.Az