Ölkə
AZƏRTAC
Bakıda mağazada yanğın olub
Bakı, 29 mart,
AZƏRTACBakıda mağaza yanıb.
AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nərimanov rayonunda ümumi sahəsi 120 kv.m olan mağazada yanğın baş verib. Mağazadakı mallar 30 kv.m sahədə yanıb, 15 kv.m sahədə isə qismən qarsalanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi Nizami rayonunda ümumi sahəsi 500 kv.m olan inzibati binanın 2-ci mərtəbəsində baş verib. Nəticədə bir otağın yanar konstruksiyaları və əşyaları 15 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.