Digər

Bakıda mağaza yanıb

Metbuat.az

[ 28 Mart 2015 21:53 ]



Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan mağazada baş verib. Nəticədə mağazanın içərisindəki mallar 30 kv.m sahədə yanmış və 15 kv. m sahədə isə qismən qarsalanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.