Digər

Bakıda liftdə köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

Metbuat.az

[ 27 Mart 2015 23:33 ]



Bakı - APA. Bu gün paytaxtda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 20:15-də başa çatıb.