Digər

Bakıda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

Metbuat.az

[ 31 Mart 2015 21:31 ]



Bakı - APA. Bu gün paytaxtda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:30-da başa çatıb.