Ölkə

Bakıda liftdə köməksiz qalan 3 nəfər xilas edildi

Metbuat.az

Bu gün paytaxtda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 20:15-də başa çatıb.