Digər

Bakıda kişinin başından tapança ilə vurdular

Metbuat.az
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakının Nərimanov rayonunda silahlı insident baş verib.



Hüquq-mühafizə orqanlarından

anspress

-ə verilən məlumata görə, hadisə Həsənoğlu ünvanında qeydə alınıb.



İnsident zamanı odlu silahdan istifadə edilib.



Rəşad adlı orta yaşlı şəxs başından ağır zərbə alıb. Onu tapançanın qundağı ilə möhkəm vurublar.



Hadisə zamanı ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.



Faktla bağlı araşdırma aparılır.



Milli.Az