Digər

Bakıda kişi özünü zəhərlədi

Metbuat.az

Bakıda kişi özünü zəhərləyib. Milli.Az xəbər verir ki, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 50 yaşlı

İlham Baloğlanov

özünü öldürmək məqsədi ilə sirkə turşusu içib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən İ.Baloğlanovun həyatını xilas etmək mümkün olmayıb.



Toksikologiya şöbəsindən Milli.Az-a bildirildi ki, İ.Baloğlanov xəstəxanaya gətirilərkən həyat əlamətləri olmayıb. Kəskin zəhərlənmiş olan xəstəyə köməklik göstərilsə də, onun həyatını xilas etmək olmayıb.



Xəzər rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, faktla bağlı cinayət işi başlanıb, onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.



Gülər
Milli.Az