Ölkə

Bakıda kişi meyiti tapıldı

Metbuat.az

Bakıda evdə kişi meyiti aşkarlanıb.



ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.



Dərhal hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıblar. Onlar mənzildə Karsuniski Vadim Mixayloviçin cəsədini aşkar ediblər.



Təvəllüdü məlum olmayan V.Karsuniskinin cəsədi aidiyyəti üzrə təhvil verilib.

Mənbə
ANS PRESS