Digər
Milli.Az
Bakıda idman zalında yanğın
Bakının Yasamal rayonunda ümumi sahəsi 120 kv.m olan birmərtəbəli idman zalının zirzəmisində olan qazanxanada 30 ədəd elektrik qoruyucusu və elektrik naqilləri yanıb.
Milli.Az FHN-in saytına istinadən bildirir ki, qazanxananın qalan hissəsi və idman zalı yanğından mühafizə olunub. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az