Digər

Bakıda hündürmərtəbəli binada yanğın: xəsarət alan var

Metbuat.az

Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 96 kv.m olan 2-otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.



Milli.Az FHN-in saytına istinadən bildirir ki, yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.



Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Milli.Az