Ölkə

Bakıda həyəcanlı anlara son qoyuldu (FOTO)

Metbuat.az

Bakının Qaradağ rayonuda iki mərtəbəli yaşayış binasında baş verən yanğın nəhayət ki söndürülüb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın saat 07 radələrində ram edilib.



Qeyd edək ki, bu gecə Lokbatan qəsəbəsi Seymur Orucov küçəsindəki iki mərtəbəli 3 girişli binada baş verən yanğını görən sakinlər dərhal binanı tərk ediblər.



Birinci girişin ikinci mərtəbəsindən qaynaqlandığı ehtimal edilən yandığının böyük miqyas almasına səbəb, binanın tamamilə taxta və qamışdan ibarət olasıdır.



Əvvəlcə hadisə rayon üzrə yanğın söndürmə briqası çağırılsa da, alovun genişlənməsi ilə bütün Bakı qarnizonu üzrə çağırış elan edilib. Bundan əlavə kömək və təhlükəsizliyi nəzərə alaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin bütün şəxsi heyəti də əraziyə cəlb edilib.



İnsanlar binadan təxliyyə edilib. Ynğın gecə saatlarında baş versə də, onu yalnız səhər söndürmək mümkün olub.



İlkin ehtimal kimi yanğına elektirk naqillərində baş verən qısa qapanma göstərilir.



Faktla bağlı araşdırma aparılır.









Mənbə
ANS PRESS