Ölkə

Bakıda Gürcüstan vətəndaşı qəzada öldü

Metbuat.az

Bakıda xarici vətəndaşın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 22-də saat 17:00 radələrində Xətai rayonunun Yusif Səfərov küçəsində Bakı şəhər sakini İbrahimxəlil Həsənov idarə etdiyi “Hovo” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Qulam Göyüşovu vurub. Xəstəxanaya yerləşdirilən Q.Göyüşov orada ölüb.