Ölkə
Mənbə
ANS-TV
Bakıda fləşmob oldu (VİDEO)
Bakıda əmək qabiliyyəti məhdud şəxslərin flaşmobu olub. ANS TV-nin məlumatına görə, flaşmobda 20-dən çox fiziki qüsuru olan gənc iştirak edib. Tədbirin əsas məqsədi bu cür insanların cəmiyyətimizdən kənarda qalmamasını təmin etmək olub.
Gəncləri flaşmoba hazırlayan rəqqas-pedaqoq İlham Kərimi onların tədbirə böyük həvəslə hazırlaşdıqlarını deyib. "Elə ailələr var ki, qüsurlu uşaqlarını cəmiyyətdən gizlədir. Belə təbirlər vasitəsilə onların cəmiyyətə inteqrasiyasını təşkil etmək olar".
Tədbirdə əmək qabiliyyəti məhdud gənclərin əl işləridə nümayiş olunub.
İştirakçı Mariya Qurbanova bütün əlil gəncləri tədbirlərdə iştirak etməyə və cəmiyyətə qoşulmağa çağırır.
ANS-TV