Bakıda evin tavanı uçdu, ailə küçədə qaldı - VİDEO
Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb
Paytaxt məhəllələrinin birində yaşayış evinin tavanı uçub. 6 nəfərlik ailənin yalnız ağbirçəyi ürək edib bu təhlükəli vəziyyətdə olan evdə qalmağa üstünlük verir. Qalan ailə üzvləri isə qonşulara sığınmaq məcburiyyətində qalıb.
ANS TV-nin məlumatına görə, paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, döngə 1, ev 136-da yaşayış evinin tavanı uçub. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb. Yalnız mənzilin çilçırağı və televizor uçqunun altında qalıb. Hadisənin baş verdiyi mənzildə 5 nəfər yaşayır. Vəliyevlər ailəsinin indi yalnız bir üzvü, evin ağbirçəyi təhlükə altındadır. Səbəb isə məlum hadisədir. Ailənin digər üzvləri isə qonşulara pənah aparıblar.
Deyirlər ki, burada uçquna səbəb məhz aramsız yağan yağışlardır. Ailə aztəminatlı olduğundan dəfələrlə problemin həlli üçün müvafiq qurumlara da müraciət edib.
“Martın 24-ü səhər saatlarında yağan yağış nəticəsində evin tavanı uçdu. Cəld uşaqları evin pəncərəsindən qonşuya çıxardıq”, – deyə ağbirçək
Ceyran Vəliyevabildirib.
Digər otağın tavanı da uçmaq təhlükəsilə üz-üzədir. Buna görə də ailə üzvü
Şahin Vəliyevburada yalnız dirəklərdən istifadə etmək məcburiyyətində qalıb.
“Əvvələr belə bir hal baş verməyib. Bir müddət öncə evin tavanını təmir etdirmişdim. Sadəcə olaraq, evin dam örtüyü yararsız vəziyyətdədir”, – deyə şikayətçi Şahin Vəliyev qeyd edib.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, yaxın günlərdə problem araşdırlacaq.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.