Digər
Milli.Az
Bakıda ev yandı, meyit tapıldı
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü
Məmmədov Hacı Məhi oğlunun yanmış meyiti aşkarlanıb. Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az