Ölkə
Bakıda döyüş sursatı aşkarlanıb
Azərbaycan, Bakı, 22 mart /Trend/
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 21.03.2015-ci il tarixində daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.
FHN-dən Trend-ə bildiriblər ki, mütəxəssislər tərəfindən istifadəyə yararlı olan 1 ədəd 122 mm-lik top mərmisi ərazidən götürülmüş və zərərsizləşdirilmişdir.
Əməliyyat saat 12:00-da başa çatmışdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az