Digər
Milli.Az
Bakıda dirəyə çırpılan maşın yandı, yaralı var
Bakının Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq alışıb.
Milli.Az FHN-in saytına istinadən bildirir ki, avtomobilin mühərrik hissəsi yanıb. Avtomobildə olan sərnişin bədən xəsarətləri alıb. O, yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi Yardım Xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az