Ölkə
Mənbə
ANS PRESS
Bakıda dəhşətli qəza: ölən var (FOTO)
Bu dəqiqələrdə Bakıda ağır yol qəzası baş verib.
ANS PRESS-in Qafqazinfo-ya istinadən məlumatına görə, Babək prospektində 49 N-li sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Belə ki, sərnişin avtobusu qarşı yola çıxıb və bu zaman əks istiqamətdə hərəkət edən “Mercedes” markalı minik avtomobil ilə toqquşub.
Hadisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır vəziyyətə xəstəxanaya aparılıb.
Mənbə
ANS PRESS