Ölkə

Bakıda daha bir avtomobil piyadanı vurub qaçdı

Metbuat.az

Martın 14-də saat gecə saat 00:01 radələrində Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsində “Mercedes” markalı avtomobillə hərəkət edən naməlum sürücü yolu keçən Saatlı rayon sakini Valeh Cavadovu vurub.

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, sürücü dərhal hadisə yerini tərk edib. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.