Ölkə

Bakıda çoxmərtəbəli bina yandı: 20 nəfər təhlükədə

Metbuat.az

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binada yanğın olub.



ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, binanın birinci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.



Yanğın zamanı binadan 20 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib.



Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS