Bakıda “Caspian Cup” beynəlxalq turniri başlandı
Bakı, 14 mart,
AZƏRTACMartın 14-də Gənclər və İdman Nazirliyinin və Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) dəstəyi ilə “Kempinski Badamdar” otelində intellektual oyunlar üzrə “Caspian Cup” dördüncü beynəlxalq turnir başlayıb.
AZƏRTAC
xəbər verir ki, yarışda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Almaniyadan 52 komanda iştirak edir.
Turnirin proqramına “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq” oyunları və “Xəmsə” milli intellektual oyunu üzrə yarışlar daxildir.
Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev və GİİM-in rəhbəri Faiq Hüseynov çıxış ediblər. Onlar yarışa gəlmiş intellektualları salamlayaraq məlumat veriblər ki, dördüncü dəfədir keçirilən “Caspian Cub” oyunları iştirakçılarının sayı ardıcıl olaraq artır.
F.Hüseynov deyib: “Əcnəbilər tərəfindən göstərilən maraq turnirə olan tələbatı və onun çoxmillətli intellektuallar cəmiyyətində qəbul edildiyini təsdiqləyir.
Bu gün keçirilən “Nə? Harada? Nə zaman?” və “Xəmsə” üzrə yarışların yekununa əsasən yarımfinalçılar və finalçılar, martın 15-də isə hər üç oyunun qalibləri müəyyən olunacaq.