Ölkə

Bakıda “BMW” dəhşətli qəzaya düşdü: ölənlər var

Metbuat.az

Faktla bağlı araşdırmalar aparılır

Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da saat 23:00 radələrində Sabunçu qəsəbəsində Şamaxı rayon sakini Şəqin Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub. Sürücü və sərnişini  Afət Şəhadətov hadisə yerində ölüblər.

Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.