Digər

Bakıda bir gecədə iki nəfər bıçaqlanıb

Metbuat.az

Ötən gecə Bakıda qadın bıçaqlanıb.



APA

-nın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 30 yaşlı

Xəlilova Aygün Şahmar qızı

yaşadığı Mehdi Hüseynzadə 16 ünvanında bıçaqlanıb. Yaralı qonşuların köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Əməliyyat olunan qadının həyatı xilas edilib. İlkin məlumata görə, Aygün Xəlilova tanışı

Anar

tərəfindən bıçaqlanıb. Qonşuların sözlərinə görə, Anarla Aygün qeyri-rəsmi münasibətdə olublar. Hadisənin isə qısqanclıq zəminində törədildiyi ehtimal olunur. 2 uşaq anası olan Aygün Xəlilova bir neçə il bundan əvvəl boşanıb.


 


Daha bir bıçaqlanma hadisəsi isə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 26 ünvanında qeydə alınıb. Paytaxt sakini

Anar Məmmədov

təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Bədənin müxtəlif nahiyələrində bıçaq yarası alan paytaxt sakini əməliyyat olunub. Hazırda vəziyyəti orta ağırdır. Faktı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları araşdırırlar. Anar Məmmədov ilkin ifadəsində ehtiyatsızlıqdan özünə xəsarət yetirdiyini bildirib. Hadisənin hansı zəmində baş  verməsi araşdırmalardan sonra məlum olacaq.



Milli.Az