Digər

Bakıda baş verən yanğında bacı və qardaş xəsarət alıb

Metbuat.az

[ 09 Mart 2015 13:32 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda yaşayış evində yanğın baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 8-də saat 23 radələrində Xətai rayonunda İbrahim Süleymanovun yaşadığı mənzildə yanğın baş verib. Nəticədə 2 kvm. sahədə xalça yanıb, İ.İbrahimovun oğlu İsmayıl və qızı Zeynəb yanıq xəsarətləri aldıqlarından onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.