Digər

Bakıda avtoxuliqanlar ələ keçdilər - FOTO

Metbuat.az
Bakı şəhərində avtoxuliqanlıqla məşğul olan şəxslər tutulublar

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən

APA

-ya verilən məlumata görə, idarənin əməkdaşları paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş halda və sənədsiz nəqliyyat vasitələrini idarə edən şəxsləri saxlayıblar. Saxlanılanlardan 3-ü avtoxuliqan, 5-i sərxoş halda nəqliyyat vasitəsini idarə edən, 4-ü isə sənədsiz avtomobil idarə edən şəxslərdir.



Saxlanılan şəxslərin hamısı məhkəmənin qərarı ilə 1 il müddətinə avtomobili idarə etmək hüququndan məhrum ediliblər. Bundan başqa, onları 5 gündən 1 ay müddətinə qədər azadlıqdan məhrumetmə cəzası da gözləyir.



Milli.Az