Digər
Bakıda avtomobil yanıb
[ 23 Mart 2015 21:39 ]
Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus "UAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.