Sosial

Bakıda Avstraliya vətəndaşına qarşı soyğunçuluq edilib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda Avstraliya vətəndaşına qarşı soyğunçuluq edilib. "Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandın 150 manatını və sənədlərini soyğunçuluq yolu ilə alan Yevlax rayon sakini, əvvəllər məhkum olunan Namaz Bəkirov tutulub.


Faktla bağlı araşdırmalar davam etdirilir.