Ölkə

Bakıda ağır yol qəzası: ölən var

Metbuat.az

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Tengiz İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Məmməd Novruzovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölub. Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.