Ölkə

Bakıda ağır qəza: yaralılar var

Metbuat.az

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.



ANS PRESS-in məlumatına görə, qəza Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığında baş verib. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşısındakı "Subaru" markalı avtomobilə çırpılıb.



Zərbənin təsirindən yolun hərəkət hissəsindən çıxan "Subaru" markalı avtomobil yol kənarındakı 3 piyadanı vurub.



Piyadalardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə
ANS PRESS