Digər
Bakıda ağır qəza: ölən və yaralananlar var
Bakının Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən
lent.az-a verilən məlumata görə, 1954-cü il təvəllüdlü
Abbasov Aydın Həsənqulu oğlunun idarə etdiyi “Mercedes” ilə 1974-cü il təvəllüdlü
İsmayılov Habil Mahir oğlunun sürdüyü “BMW” toqquşub. Nəticədə hər iki sürücü ilə yanaşı daha 2 nəfər də ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az
Milli.Az