Ölkə

Bakıda 8 dilənçi uşaq saxlanıldı

Metbuat.az

Bakıda avaralıq və dilənçiliklə məşğul olan 8 azyaşlı saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Nərimanov RPİ 18-ci PB və Nəsimi RPİ əməkdaşları tərəfindən rayon ərazilərində avaralıq və dilənçiliklə məşğul olan 17 nəfər (onlardan 9-u qadın, 8-i azyaşlı) saxlanılıb və xəbərdarlıq edilərək buraxılıb.