Ölkə
ANS PRESS
Bakıda 77 yaşlı kişi mənzilində ölü tapıldı
Bakıda mənzildə 77 yaşlı kişinin meyiti tapıldı
ANS PRESS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakının Suraxanı rayonunda 1938-ci il təvəllüdlü Əliyev Tofiq Məmməd oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T.Əliyevin vəfat etdiyi müəyyən olunub.
MənbəANS PRESS