Digər

Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Metbuat.az

[ 27 Mart 2015 10:59 ]


Bakı. Fuad Cəfərov – APA. Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsi Yeni Yaşayış massivində baş verib.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Fidan Zamiq qızı Əlizadə həyətlərində yerləşən çirkli su quyusuna düşərək ölüb.