Digər

Bakıda 36 yaşlı kişi özünün doqquzuncu mərtəbədən ataraq intihar edib

Metbuat.az

[ 12 Mart 2015 14:41 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsi “V” massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Elman Faiq oğlu Mehdiyev özünü  yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

Polisdən intihar edən şəxsin ruhi xəstə olduğu bildirilib.