Digər

Bakıda 34 yaşlı kişi bıçaqlanıb

Metbuat.az

[ 05 Mart 2015 10:47 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ramil Şəkilağa oğlu Mayılov naməlum şəxs tərəfindən bıçaqlanıb. R.Mayılov müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır.