Digər
Milli.Az
Bakıda 20 yaşlı qıza bayram etmək qismət olmadı
Bakıda ağır qəza nəticəsində xəsarət almış 20 yaşlı qız xəstəxanada vəfat edib.
Lent.az-ın məlumatına görə, martın 3-də Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 5 ünvanın qarşısında 1990-cı il təvəllüdlü, Ağdam rayon sakini
Nəzərov Anar Pənah oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-MX-045 nömrəli maşını yolun kənarında saxlamış WB97R markalı traktora çırpıb. Nəticədə “VAZ 2107”də sərnişin qismində olan 1995-ci il təvəllüdlü
Sergeyeva Marina İqorevnaKliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 20 yaşlı qız martın 7-də reanimasiyada vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az