Digər

Bakıda 20 min manatlıq oğurluğun üstü açıldı

Metbuat.az
Bakıda başqasının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, martın 1-də günorta saatlarında M.Əliyev küçəsində yaşayan

Arzu Mirzəyeva

nın evindən açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.



Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü

İlqar Arif oğlu Əliyev

tutulub. Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək aşkar olunaraq götürülüb.



Milli.Az