Ölkə

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi iməcilik keçirib

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

Martın 14-də Novruz bayramı və yaz mövsümü ilə əlaqədar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan bütün telefon qovşaqlarının idarə və müəssisələrində iməcilik keçirilib.


Birlikdən

AZƏRTAC

-a bildiriblər ki, iməcilikdə qovşaq, idarə və müəssisələrin həyətyanı sahələrində, inzibati binaların 25 metrlik məsafələrində, eləcə də rabitə qurğu və avadanlıqların yerləşdiyi ərazi və sahələrdə, iş otaqlarında təmizlik işləri görülüb.


Bununla yanaşı, ATS-lərin həyətyanı sahələri quru otlardan, tez alışan məişət tullantılarından təmizlənib, həmçinin divar və barılar rənglənib, ağacların dibi ağardılıb və ehtiyac olan sahələrdə yeni ağaclar əkilib.