Ölkə

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Metbuat.az

Bakı, 15 mart,

AZƏRTAC

Martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.


Bakı Şəhər Baş Polis İdarəsindən

AZƏRTAC

-a daxil olan məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.


İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.