Ölkə
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyası ilə bağlı açıqlama yayıb
Bakı. 15 mart. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün keçirdiyi aksiya ilə bağlı rəsmi məlumat yayıb. İdarənin mətbuat xidmətindən "Report"a daxil olan açıqlamada bildirilib ki, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib".