Digər

Bakı sakinindən 1 kiloqramdan çox narkotik götürülüb

Metbuat.az

[ 07 Mart 2015 15:00 ]



Bakı. Hafiz Heydərov - APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Cabbar Gəncamalıyevdən 1 kiloqram 220 qram heroin götürülüb.