Digər

Bakı-Quba yolunda "Mercedes" markalı avtomobil piyadanı vurub öldürüb

Metbuat.az

[ 06 Mart 2015 05:56 ]


Bakı. Mahir Məmmədli-APA. Bakı-Quba yolunda, DYP-nin Ekologiya postunun yaxınlığında piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza zamanı şəxsiyyəti məlum olmayan təxminən 50-55 yaşlı kişi "Mercedes" markalı maşınla vurulub. Qəza nəticəsində piyada aldığı ağır bədən xəsarətləri nəticəsində  hadisə yerində dünyasını dəyişib.

Qəzadan sonra hadisə yerinə  Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Meyitə və hadisə yerinə baxış keçirilib. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqləri qəza nəticəsində ölən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində araşdırma aparırlar.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb.