Digər

Bakı polisindən qanunsuz narkotik dövriyyəçilərinə qarşı əməliyyatlar

Metbuat.az
Bakı polisi qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat həyata keçirib

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi (RPİ) Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü

Elman Mikayıl oğlu Mirzəyev

dən 485 qram marixuana aşkar olunaraq götürülüb.



Xəzər RPİ 1-ci Polis Bölməsi (PB) və 2-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Zirə qəsəbəsi Babayev küçəsində yaşayan 1986-cı il təvəllüdlü

İntiqam Adil oğlu Əliyev

in həyətyanı sahəsində yerləşən istixanadan çəkisi 5,26 qram olan marixuana kolu və evin zirzəmisindən 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.



Analoji əməliyyat paytaxtın Nizami rayonunda da həyata keçirilib. Nizami RPİ Narkotiklə Mübarizə Bölməsi və 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü

Samir Rafiq oğlu Tahirzadə

dən 455 qram həşiş qətranı və 501,770 qram heroin aşkar olunaraq götürülüb.



Hər üç faktla bağlı araşdırma aparılır.



Milli.Az