Ölkə
Mənbə
ANS PRESS
Bakı metrosunun yeni qatarları gəldi (FOTO)
Bakı metropoliteni yeni qatarlar alıb. ANS PRESS-in Xeber saytına istinadən verdiyi məlumata görə, qatarlar artıq Azərbaycana göndərilib.
Rusiyanın “Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC "Bakı Metropoliteni" QSC-yə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının göndərilməsinə başlayıb.
Hər biri 5 vaqondan ibarət 2 qatar mart ayında Azərbaycana göndərilib, daha bir qatarın isə apreldə tədarük edilməsi planlaşdırılır.
Bakı Metropoliteni ilə bağlanmış müqaviləyə əsasən, metropoliten hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Yeni qatarların Bakı Metropoliteninin üçüncü xəttinə buraxılması nəzərdə tutulub.
ANS PRESS