Ölkə

Bakı metrosunda problem (VİDEO)

Metbuat.az

Bu gün səhər saat 08:20-də Bakı metropolitenində sərnişin sıxlığı ilə nəticələnən nasazlıq baş verib.



ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, metronun “Elmlər Akademiyası” stansiyasında eskalatorlardan biri sıradan çıxıb.



Nəticədə stansiyadan çıxan sərnişinlər bir çox olduğundan basabas yaranıb.



Qeyd edək ki, həmin eskalator tez-tez sıradan olur. Bu səbəbdən ötən ilin yay aylarında həmin eskalator 3 aya yaxın əsaslı təmir olunmaq üçün bağlanmışdı. Lakin əsaslı təmirdən sonra da eskalatorda tez-tez nasazlıq yaranır.



Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisəyə eskalatorun əsas yürüyünün rezininin çıxması səbəb olub.



“Eskalator 2 dəqiqə müddətinə dayanmışdı. Bu səbəbdən sıxlıq yaranıb. Əksər hallarda elə yürüyün rezininin çıxması halları baş verir. Buna eskalatorun xarab olması demək düzgün olmazdı”, - deyə Nəsimi Paşayev bildirib.



Mənbə
ANS PRESS