Sosial

Bakı metrosunda çıxışlardan biri bağlandı - FOTO

Metbuat.az
"Gənclik" metrostansiyasının çıxışlarından biri bağlanıb

Bu barədə Milli.Az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri

Nəsimi Paşayev

bildirib.



Onun sözlərinə görə, stansiyada mərmərlərin dəyişmə prosesi gedir:



"Bilirsiniz ki, Bakıda bəzi keçidlər təmirdədir. Hal-hazırda yerə döşənmiş mərmərlərin dəyişmə prosesi gedir.



Bu səbəbdən "Gənclik" metrosunun çıxışlarından biri bağlanıb, digərləri isə işlək vəziyyətdədirlər. Qapalı olan giriş-çıxış Tofiq Bəhramov adına stadion tərəfdə olandı.



Həftə sonu sərnişinlərin azlığından istifadə edərək sözügedən giriş-çıxış bağlanıb".



Nəsimi Paşayev əlavə edib ki, təmirə dayanan çıxış gələn həftənin ilk iş günündə istismara veriləcək.



Ceyhun Ələkbərov
Milli.Az