İdman

​"Bakı 2015" UNİCEF-lə əməkdaşlıq müqaviləsi imzalayıb

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün "

Bakı 2015

" I Avropa Oyunları Əməliyyat Komitəsi və UNİCEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb. "Report"un məlumatına görə, "Fairmont" otelində baş tutan mərasimdə gənclər və idman naziri, "Bakı 2015"in baş icraçı direktoru

Azad Rəhimov

eləcə də UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie-Pierre Poirier iştirak edib.



İlk olaraq "Bakı 2015" və UNİCEF haqda təqdimat videosu təqdim edilib. Daha sonra tərəflər əməkdaşlıq müqaviləsini imzalayıb. Sonda isə rəsmilər jurnalistlərin suallarını cavablandırıb.



Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda Bakı və Mingəçevirdə keçiriləcək.