Dünya

Bağdadda partlayış: xeyli sayda ölü var

Metbuat.az

İraqın paytaxtı Bağdadda iki avtomobil partladılıb.



ANS PRESS-in məlumatına görə, partlayışlar nəticəsində azı 11 nəfər ölüb, 26 nəfər yaralanıb.



Yaralılar arasında 2 polis əməkdaşı da var.



Partlayış ticarət mərkəzi yaxınlığında baş verib. Faktla bağlı istintaq araşdırması başladılıb.



Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.



Qeyd edək ki, BMT-nin ötən ilin sonlarına iad hesabatına görə, İraqın şimalında silahlı ekstremistlərin hücumu nəticəsində ölən mülki şəxslərin sayı yüzlərlə, yaralıların sayı minlərlədir.

Mənbə
ANS PRESS